“Yuventus” MLS-dən müdafiəçi alır – icarəyə verəcək
30.12.2020 - 00:03
“Yuventus” MLS-dən müdafiəçi alır – icarəyə verəcək

İtaliyanın “Yuventus” klubu yeni futbolçu transfer edəcək.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi ABŞ-ın “Dallas” klubunun müdafiəçisi Brayan Reynoldsu heyətinə qatacaq.

Artıq klublar arasında razılıq əldə olunub. “Yuventus” amerikalı futbolçu üçün 8,5 milyon avro ödəyəcək.

Qış fasiləsində transfer olunacaq Reynolds mövsümün sonunadək “Kalyari”yə icarəyə veriləcək. 19 yaşlı müdafiəçi 5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Brayan 2020-ci ildə MLS-də 19 oyun keçirib.
 

0