“Yuventus” Remsini satır – 30 milyona
05.05.2020 - 16:56
İtaliyanın “Yuventus” klubunun futbolçusu Aaron Remsi komandadan ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi yarımmüdafiəçini bu yay satmağa hazırdır.
“Ağ-qaralar” 29 yaşlı uelsli üçün 30 milyon avro istəyir. Bir sıra klubların maraq dairəsində olan Remsiyə İngiltərə təmsilçiləri də “elçi düşüb”. Onlar arasında “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” də var.
Qeyd edək ki, cari mövsüm “Yuventus”da 24 oyun keçirən yarımmüdafiəçi 4 qola imza atıb.
0
0