“Yuventus” futbolçusunu satır
29.11.2021 - 22:03
“Yuventus” futbolçusunu satır

“Yuventus” qış fasiləsində yollarını ayırmaq istədiyi ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi yarımmüdafiəçi Deyan Kuluşevskinin xidmətində maraqlı deyil.

“Qoca sinyora” İsveç millisinin üzvünün transfer qiymətini də qətiləşdirib. Rəhbərlik 21 yaşlı futbolçusunun satışından 35 milyon avroluq qazanc əldə etməyi planlaşdırır. O, baş məşqçi Massimiliano Alleqrinin gələcək planlarına daxil deyil.

Qeyd edək ki, Deyan Kuluşevski cari mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 17 oyun keçirib, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.