“Yuventus”un Çempionlar Liqasına (ÇL) vəsiqə qazanmaması komandanı pərən-pərən sala bilər.
Apasport.az saytının məlumatına görə, daha bir futbolçu bu halda Turin təmsilçisindən ayrılmaq qərarına gəlib.
Hücumçu Kriştianu Ronaldodan sonra müdafiəçi Mattiys de Liqt də A seriyasında ilk “dördlüy”ə düşməsələr, komandasını dəyişməyi nəzərdən keçirəcək. Niderland millisinin üzvünün meneceri Mino Rayola hər ehtimala qarşı müştərisinə Çempionlar Liqasında oynayan bir klub tapmaq üçün indidən hərəkətə gəlib. Gənc müdafiəçi “Barselona” və “Çelsi”nin diqqət mərkəzindədir.
Qeyd edək ki, “Yuventus” A seriyasında sona 3 tur qalmış turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.