İtaliya kubokunda 1/4 final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci günündə bir görüş keçirilib.
“Yuventus” öz meydanında “Roma”nı qəbul edib. Turin təmsilçisi ev oyununda asan qələbə qazanıb.
Yarımfinala yüksələn “ağ-qaralar”ın rəqibi yanvarın 28-də keçiriləcək “Milan” – “Torino” görüşündə bəlli olacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyununda “Napoli” “Latsio”nu 1:0 hesabı ilə üstələyib. Neapolluların yarımfinaldakı rəqibi yanvarın 29-da baş tutacaq “İnter” – “Fiorentina” matçında müəyyənləşəcək.
İtaliya kuboku
1/4 final mərhələsi
22 yanvar
"Yuventus” – “Roma” – 3:1
Ronaldo, 26, Bentankur, 38, Bonuççi, 45 – Buffon, 50 (avtoqol)
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı