“Yuventus”a “yox” dedi
20.03.2020 - 17:10
“Yuventus”a “yox” dedi

İspaniyanın “Barselona” klubunun futbolçusu İvan Rakitiç karyerasını İtaliyada davam etdirmək istəməyib.

Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi “Yuventus”un təklifindən imtina edib.

Turin təmsilçisi 32 yaşlı xorvatiyalı üçün klubuna 42 milyon avro, özünə isə indiki komandasındakından yüksək maaş vəd olunub. Amma İvan İspaniyada qalmağa üstünlük verib.

“Barselona”dan ayrılacağını qətiləşdirən xorvatiyalı digər İspaniya klubuna keçmək niyyətindədir. O, yay fasiləsində əvvəllərdə şərəfini qoruduğu “Sevilya”ya qayıtmağa qərar verib.