“Yuventus”a keçir – AVRO-2020-nin qalibi
30.07.2021 - 23:14
“Sassuolo”nun futbolçusu Manuel Lokatelli klubunu dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Yuventus”a keçməyə yaxındır.
Klublar transfer məsələsində artıq ilkin razılığa gəliblər. İtaliya millisi ilə AVRO-2020-nin qalibi olan futbolçu turinlilərlə 5 illik müqavilə imzalayacaq. Onun illik gəliri 3 milyon avro təşkil edəcək. Transferin “Sassuolo”ya 38-40 milyon avro qazanc gətirməsi gözlənilir.
Qeyd edək ki, Manuel Lokatelli ötən mövsüm A seriyasında keçirdiyi 34 oyunda 4 qol vurub, 2 assist edib.
0
0