“Yuventus”la bağlı qərarını açıqladı - Dibala
15.09.2021 - 12:26
“Yuventus”un hücumçusu Paulo Dibala gələcək taleyi ilə bağlı açıqlama verib.
Apasport.az saytının məlumatına görə, argentinalı ön xətt oyunçusu “qoca sinyora”da qalacağını söyləyib.
27 yaşlı ulduz futbolçu yeni müqavilə ilə bağlı danışıqların davam etdiyini sözlərinə əlavə edib: “Ümid edirəm ki, tezliklə yeni müqavilə bağlayacağam. Hər iki tərəf eyni şeyi istəyir, buna görə də sakitəm. Yazda danışıqları bərpa etdik, komandada qalmaq istəyirəm. Önümüzdəki günlərdə rəhbərliklə görüşümüz olacaq”.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0