İtaliyanın “Yuventus” klubunun futbolçusu Qonzalo İquayn Turindəki karantini tərk edib.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu şəhərin hava limanında özəl təyyarəyə minərkən polis tərəfindən saxlanılıb.
İquayn karantindən Argentinaya qaçmağa çalışan yeganə futbolçu olmayıb. Onunla birlikdə komanda yoldaşı Rodriqo Bentenkurla ailəsi də olub.
“Yuventus” argentinalıların, həmçinin Miralem Pyaniçlə Sami Xediranın koronavirus testindən keçdiyini və onlarda bunun aşkarlanmadığını açıqlayıb. Bu səbəbdən futbolçulara ölkəni tərk etməyə icazə verilib.
Qeyd edək ki, Turin təmsilçisinin futbolçuları Daniele Ruqani və Blez Matuidi koronavirusa yoluxub.