“Yuventus”un futbolçusunun ayağı qırılıb
07.03.2022 - 12:13
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”la görüşdə zədələnən 24 yaşlı oyunçu üçün mövsüm erkən bitib.
Bunu Turin klubunun baş məşqçisi Massimiliano Alleqri açıqlayıb. O, müayinədən sonra ayağında qırıq aşkarlanan ABŞ millisinin üzvünün yalnız gələn mövsüm öncəsi təlim-məşq toplanışına qatıla biləcəyini söyləyib.
Qeyd edək ki, Ueston Makkenni “Yuventus”a 2020-ci ildə “Şalke”dən keçib.
0
0