“Yuventus”un istədiyi hücumçu
08.04.2022 - 00:01
“Yuventus”un istədiyi hücumçu

“Yuventus” mövsümün sonunda hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Turin klubunun maraq dairəsində olan forvardlardan biri də Cakomo Raspadoridir.

“Qoca sinyora” “Sassuolo”nun forvardının nümayəndələri ilə artıq əlaqə saxlayıb və yayda transferi reallaşdırmaqla bağlı istəklərini çatdırıb. İtaliya millisinin 22 yaşlı oyunçusunun qiyməti 30 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, Raspadori cari mövsüm “Sassuolo”nun heyətində 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə verib.