“Yuventus”un qənimi – Rebiç
20.09.2021 - 11:01
İtaliyanın “Milan” klubunun futbolçusu Ante Rebiç “Yuventus”un qəniminə çevrilib.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı xorvatiyalı hücumçu Turin klubuna qarşı ardıcıl üç oyunda qol sevinci yaşayıb.
Ante IV turun sentyabrın 19-dakı qarşılaşmasında seriyasını 3-ə çatdırıb. Bu görüş 1:1 hesabı ilə başa çatıb.
Rebiç İtaliyada qələbəyə görə üç xalın verilməyə başladığı 1994/95 mövsümündən sonra “Yuventus”a ardıcıl üç matçda qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Antenin Milanın eyniadlı klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0