“Yuventus”un yeni müqavilə təklifini qəbul etmədi
09.03.2022 - 14:55
“Yuventus” yarımmüdafiəçisi Federiko Bernardeski ilə yeni müqavilənin şərtlərində ortaq məxrəcə gələ bilməyib.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı oyunçu ilə danışıq uğursuz nəticələnib.
“Qoca sinyora” ona maaşını 30 faiz azaltmaqla 3 illik yeni sözləşmə təklif edib. Lakin hücumameylli oyunçu rədd cavabı verib. Yayda azad agent statusuna malik olacaq Bernardeskinin meneceri İngiltərə klubları ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ildən “Yuventus”da çıxış edir.
0
0