"Bu mövsüm "Səbail"lə iki oyun oynamışıq. Cəmi bir xal qazana bilmişik. Onlar bizim üçün çətin rəqibdir”.
Bunu apasport.az saytına "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli deyib.
Forvard Premyer Liqada fasilədən sonra qələbə ilə başlamağın çox vacib olduğunu bildirib: "Bu oyun qələbə qazanacağımıza inanıram. Rəqib son pillədə olsa da , çox yaxşı komandadırlar. Düzdür, fasilədən sonra Qəbələdə qalib gəldik. Komandada ab-hava əladır. Əlimizdən gələni edəcəyik ki, çempionatı yüksək yerlərdə başa vuraq".
O, baş məşqçi Tərlan Əhmədov və Müşahidə Şurasının sədri Zaur Axundovla münasibətindən də danışıb. İsgəndərlinin sözlərinə görə, onların heç biri ilə problemi yoxdur: "Mən komandaya gələndən Tərlan Əhmədov mənə qarşı çox yaxşı davranıb, yaxşı münasibətimiz olub, hazırda da belədir. O, mənə çox güvənir, ilk gündən də milliyə layiq gördüyünü deyirdi. İndi Zaur Axundovun mənə irad bildirdiyini qeyd edirlər. Amma bilmirlər ki, onu sonuncu dəfə "Qarabağ"la 2:2 oynadığımız görüşdən sonra görmüşəm. Elə həmin matçdan sonra Zaur müəllim oyuna görə məni qucaqlayıb, təbrik etdi".
Qış "transfer pəncərəsi" zamanı xarici klublardan təkliflər alan, lakin “Keşlə”dən ayrılmayan hücumçu buna peşman olmadığını da deyib: "Yenə formada olub, qollar vurub, assistlər edərək Tərlan müəllimin mənə olan ümidlərini doğrultmaq istəyirən. O, karyeramda bu səviyyəyə çatmağımda rolu olan 2-3 məşqçidən biridir".
Qeyd edək ki, “Keşlə” “Səbail”lə bu gün oynayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı