"Zirə" ilk oyunda uduzdu - YENİLƏNİB
13.01.2022 - 22:46
"Zirə" ilk oyunda uduzdu - YENİLƏNİB

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının Türkiyədə birinci yoxlama görüşü olub.

Yanvarın 5-dən qardaş ölkədə hazırlıq keçən baş məşqçi Rəşad Sadıqov Macarıstan təmsilçisi “Peç” önündə yetirmələrini sınaqdan keçirib. Görüş rəqibin 5:3 hesablı qəbələsi ilə yekunlaşıb. 

Qeyd edək ki, yanvarın 25-dək Türkiyədə qalacaq “Zirə” ayın 20-də “Qurnik” (Leçna, Polşa), 24-də isə “Breqalniça” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
13 yanvar

17:00. “Zirə” – “Peç” (Macarıstan) - 3:5
Qollar:
Ağabala Ramazanov, Vüsal Əliyev, İlkin Muradov (pen.)