Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Apasport.az saytının məlumatına görə, XV turun ilk oyun günündə iki matç keçirilib.
Hər iki görüş Bakıda baş tutub. 2020-ci ilin ilk qarşılaşmasında “Zirə” “Sabah”ı qəbul edib. Hər hissədə bir qol vuran meydan sahibləri III dövrəyə qələbə ilə başlayıblar.
Günə “Bakcell Arena”da yekun vurulub. Azərbaycanın ən titullu klubu “Neftçi” “Sumqayıt”ı sınağa çəkib. Paytaxt təmsilçisi ilk yarıda azlıqda qalıb və qapısında qol görüb. Bakılılar yalnız görüşün sonlarında bərabərlik qolu vuraraq məğlubiyyətdən qaçıblar. Bu nəticə “Zirə”nin “Sumqayıt”ı keçərək bir addım irəliləməsi ilə nəticələnib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qəbələ” “Keşlə”ni, “Səbail” “Qarabağ”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XV tur
1 fevral (şənbə)
“Zirə” – “Sabah” - 2:0
Qollar: Ramazanov, 45+1, Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə”: 1. Orxan Sadıqlı, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. Anton Corc, 11. Davit Volkov, 55. Rauf Hüseynli
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 33. Yovan Krneta, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 20. Əli Şirinov, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
“Sabah”: 1. Saşa Stamenkoviç, 27. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov (k), 77. Cavid Tağıyev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 9. Marko Deviç, 23. Amadu Diallo, 30. Mario Marina, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodrigez, 26. Ozan Can Kökcü, 97. Emil Qasımov, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Neftçi” –“ Sumqayıt” - 1:1
Qol: Sadıxov, 43 - Dabo, 71
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
“Neftçi”: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 93. Soni Mustivar, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Qerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 8. Peyman Babayi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan AbbasovBakcell Arena”, 17:30
|
1 |
Qarabağ |
14 |
9 |
4 |
1 |
24-7 |
31 |
|
2 |
Neftçi |
15 |
7 |
5 |
3 |
23-12 |
26 |
|
3 |
Keşlə |
14 |
6 |
5 |
3 |
18-12 |
23 |
|
4 |
Zirə |
15 |
5 |
5 |
5 |
20-22 |
20 |
|
5 |
Sumqayıt |
15 |
5 |
4 |
6 |
19-21 |
19 |
|
6 |
Sabah |
15 |
3 |
4 |
8 |
14-20 |
13 |
|
7 |
Qəbələ |
14 |
3 |
4 |
7 |
14-24 |
13 |
|
8 |
Səbail |
14 |
3 |
3 |
8 |
10-24 |
12 |
Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı