Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Rəşad Sadıqov Leçna “Qurnik”i ilə oyunda yetirmələrini sınayıb.
Təmsilçimizin Polşa klubuna qarşı matçında hesabı rəqib açıb. Fasilədən sonra Təmkin Xəlilzadə hesaba tarazlıq gətirib. Polşalılar yenidən önə keçsə də, "Zirə" bu dəfə də məğlubiyyətdən qurtula bilib. İlkin Muradov qarşılaşmada son nöqtəni qoyub - 2:2.
Qeyd edək ki, “Zirə” ilk sınaq oyununda Macarıstan klubu “Zeç”ə 3:5 hesabı ilə uduzub. Bakılılar son yoxlama görüşünü yanvarın 24-də “Breqalniça”ya (Şimali Makedoniya) qarşı keçirəcək.
Yoxlama oyunu
20 yanvar
“Zirə” – “Qurnik” (Leçna, Polşa) - 2:2
Qollar: Təmkin Xəlilzadə, İlkin Muradov
Fanatik Tur, Belek meydançaları