“Zirə”yə qol vuran futbolçu: “İlk hissə ağır oldu”
21.01.2022 - 11:17
 “Zirə”yə qol vuran futbolçu: “İlk hissə ağır oldu”

“Zirə” ilə qarşılaşmanın ilk hissəsi ağır oldu. Biz məşqlərin ağırlığını ayaqlarımızda hiss edirdik”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Qurnik” (Leçna) klubunun futbolçusu Bartoş Spençka deyib.

Antalya toplanışında “Zirə”yə qarşı matçda qol vuran futbolçu 2:2 hesabı ilə başa çatan matç haqda fikirlərini açıqlayıb: “Bu da oyunumuza mənfi təsir etməyə bilməzdi. Düzdür, bu matçda qollar vurduq və uduzmadıq. Amma oyun planında hələ çox çalışmalıyıq. Xüsusilə də hücum və müdafiə üzərində işləməliyik. Təbii ki, qol vurmağımız yaxşıdır. Amma arxa xətdə də etibarlı oynamalıyıq”.