“Olimpik” 327 gündən sonra məğlub olub
21.03.2008 - 14:57
Bakı. Mehman Süleymanov – “APA-Sport”. Azərbaycan Premyer Liqasının lideri olan Bakının “Olimpik” komandası 327 gündən sonra məğlub olub. “APA-Sport”un məlumatına görə, Əsgər Abdullayevin çalışdırdığı komandanın 26 oyunluq məğlubiyyətsiz seriyasına Lənkəranda son qoyulub. “Olimpik” Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin cavab görüşündə “Xəzər-Lənkəran”a 0:2 hesabı ilə uduzmaqla mübarizəni dayandırıb. Ə. Abdullayevin komandası sonuncu dəfə ötən ilin aprelin 27-də mərkəzi stadionda yenə “Xəzər-Lənkəran”a məğlub olmuşdu.
- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
0
0