Azərbaycan milli komandasının yeni geyim dəstlərinin təqdimatı keçirilib
23.03.2008 - 13:52
Azərbaycan milli komandasının yeni geyim dəstlərinin təqdimatı keçirilib
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün “Park İnn” otelində AFFA-nın təşkilatçılığı ilə Azərbaycan milli komandasının yeni geyim dəstlərinin təqdimat mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda İngiltərə yığmasının da sponsoru olan “Umbro” firmasının hazırladığı geyim dəstləri nümayiş olunub. Firmanın nümayəndəsi Sergey Poliqakov AFFA ilə 2010-cu ilədək əməkdaşlıq edəcəklərini, mayda isə Bakıda “Umbro”nun nümayəndəliyinin açılacağını bildirib. Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov yeni ağ-göy rəngli geyim dəstlərinin azarkeşlərin istəyinə əsasən hazırlandığını qeyd edib. Daha sonra isə milli komandanın üzvləri geyim dəstlərini nümayiş etdirib. Tədbirin aparıcısı, tanınmış şoumen Murad Dadaşov ilkin qiyməti 100 manat olan geyim dəstlərinin auksionunu təşkil edib. Auksionun qalibi 1250 manat təqdim edən “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev olub. R.Musayevə həmçinin “Umbro” tərəfindən İngiltərə millisinin üzvü Con Terrinin şəxsi imzası olan geyim dəsti hədiyyə edilib.
0