Elmar Xeyirov 90 dəqiqə oynayıb
24.03.2008 - 11:09
Minsk. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycanən gənclərdən ibarət milli komandasının oyunçusu Elmar Xeyirovun çıxış etdiyi Belarusun “MTZ-RİPO” klubu iki yoxlama oyunu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı futbolçunun komandası “Lido” klubunu 6:2 hesabı ilə məğlub etsə də, “Polotsk” komandasına uduzub – 0:1. E. Xeyirov ikinci qarşılaşmada 90 dəqiqə meydanda olub. Qeyd edək ki, Belarus kubokunun ¼ final mərhələsində “MTZ-RİPO”nun rəqibi məlum olub. Minsklilər 1/8 finalda Brestin “Dinamo” klubunu üstələyən “Qomel” ilə görüşəcək.
- “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşdi
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
0
0