Qyoko Hacievski: “Neftçi”nin problemləri bumeranq kimi qayıdıb özünə dəydi”
29.03.2008 - 13:44
Qyoko Hacievski: “Neftçi”nin problemləri bumeranq kimi qayıdıb özünə dəydi”
“Həmin böyük hesablı qələbəmizi təsadüfi saymaq olmaz. Çünki “Bakı”nın “Neftçi” ilə görüşdə qələbə qazanmaq motivasiyası böyük idi. Rəqibdə isə haradasa arxayınçılıq öz sözünü dedi. Bunun da nəticəsində “Neftçi”nin aldığı ağır zərbəni bumeranqa bənzətmək olar. Yəni, komandanın problemləri bumeranq kimi qayıdıb, özünə dəydi”. “Neftçi”nin dövrlərarası fasilədə daha da gücləndiyini deyən makedoniyalı mütəxəssis rəqibin əvəz çıxmağa çalışacağını vurğulayıb. Bununla belə, Q.Hacievski yenə öz komandasına güvənir: “İstənilən rəqiblə oyuna qələbə qazanmaq üçün çıxırıq. “Bakı” yenə “Neftçi”ni məğlub etmək gücündədir. İlk dövrədə olduğu kimi, qələbə qazanacağımıza ümidvaram. Futbolçularıma inanım böyükdür. Düzdür, yenə 5:1 hesablı qələbə qazanacağımız real deyil. Hər halda, “Neftçi” kimi rəqibi ardıcıl belə böyük hesabla yenmək çox çətin məsələdir. Rəqib də belə acınacaqlı məğlubiyyətin yenidən təkrarlanmasına imkan verməz. Məni qayğılandıran əsas məqam ikinci dövrədə heyətdəki problemlər üzündən meydana itkilərlə çıxmağımızdır. Bu xoşagəlməz hal “Neftçi” ilə sabahkı görüşdə də təkrarlanacaq”. Xalidu Sissoko, Amiran Muciri və Leandro Qomeşi müxtəlif səbəblərdən itirən Q.Hacievski yarımmüdafiəçi Aleksandr Qoqoberişvili ilə hücumçu Fernando Peresin xidmətindən istifadə edə biləcək.


0
DİGƏR XƏBƏRLƏR
Loading...