Rəcəb Fərəczadə “Olimpik”lə oyunu buraxacaq
29.03.2008 - 17:44
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan futzal yığmasının və “Standard” klubunun oyunçusu Rəcəb Fərəczadə “Olimpik”lə sabahkı oyunu buraxacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “Standard”ın baş məşqçisi Kaxaber Tsxadadzenin sözlərinə görə, yetirməsinin zədə ilə bağlı problemi var: “Rəcəb “Neftçi” ilə martın 20-də keçirdiyimiz ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə aldığı zədəyə görə hələ ilk hissədə meydanı tərk etməli oldu. O, həmin oyundan sonra zədəsini müalicə etdirsə də sağalmayıb. Fərəczadənin “Olimpik” ilə çətin oyunda bizə kömək edə bilməyəcəyinə görə çox təəssüflənirəm. Çünki onu Azərbaycanda ən güclü hücumçulardan biri sayıram”. Gürcüstanlı mütəxəssis “Neftçi” ilə kubok matçında penalti zərbəsini qaçıran braziliyalı oyun qurucusu Leonardo Roşanın isə görüşə hazırlaşan heyətdə yer aldığını bildirib: “Heyəti sabah müəyyənləşdirəcəyimdən, Roşanın adını iştirak ərizəsinə daxil edilib-edilməyəcəyini indidən deyə bilmərəm. Bu futbolçunun özündə problemlər var. “Neftçi” ilə matçda penaltini yerinə yetirmək ona etibar etmək olunduğu halda, bundan hoqqabazlıqla istifadə etdi. Leonardo heyətə düşmək uğrunda ciddi mübarizə aparmalı, rəqabətə tab gətirməlidir. Roşasız da qələbə qazanmağı bacarmağımızı göstərmişik. Hər halda, son turda səfərdə “Bakı”nı məğlub etdiyimiz görüşdə braziliyalı iştirak etməyib”.
0
0