Rasim Kara: “Hakim oyunun gedişinə təsir etdi”
30.03.2008 - 17:36
Rasim Kara: “Hakim oyunun gedişinə təsir etdi”
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Hakim oyunu tez-tez saxlamaqla, yersiz fitlərlə oyunun gedişinə təsir etdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Turan”la qolsuz heç-heçədən sonra “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara deyib. Matçdan sonra təşkil olunan mətbuat konfransında türkiyəli mütəxəssis yalnız hakimlərdən narazı qaldığını söyləyib: “Çox maraqlı oyun keçdi. Mübarizə isə centlmensayağı davam etdi. Yetirmələrimin kifayət qədər imkanları əldən qaçırıb iki xal itirməyimizi isə oyunçuların gənc olması ilə bağlıdır”. Beş oyunluq məğlubiyyət seriyasına Bakıda son qoyan “Turan”ı bu matça çıxaran Nizamı Ocaqverdiyev isə oyundan narazı qalıb. Baş məşqçi vəzifəsini müvəqqəti icra edən məşqçi iddialı danışıb: “Bakıya qələbə dalınca gəlmişdik. Təəssüf ki, alınmadı. Amma səfərdə qazanılan bir xaldan da məmnunuq. Lakin komandamızın göstərdiyi oyundan narazı qaldım”.
0
DİGƏR XƏBƏRLƏR
Loading...