Ramiz Məmmədov: “Karvan”ı əks hücum taktikası hesabına üstələdik”
30.03.2008 - 18:03
Ramiz Məmmədov: “Karvan”ı əks hücum taktikası hesabına üstələdik”
Yevlax. Vüqar Xeyrullayev-APA-Sport. “Əks hücum taktikası seçmişdik. Bunun da hesabına rəqibi üstələyə bildik. Hər iki qolu da məhz əks həmlədə vurmağa nail olduq”. “APA-Sport” agentliyinin məlumatına görə bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. Səfərdə Yevlaxın “Karvan” klubu ilə qarşılaşan qəbələlilərin baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında komandasından razı qaldığını bildirib: “Qələbə münasibətilə oyunçularımı təbrik edirəm. Bu gün onlar üzərinə düşən öhdəliyin 90-95 faizini yerinə yetirə bildilər ki, bu da qələbə üçün kifayət etdi”. 40 yaşlı mütəxəssis səfərdə qazanılan 2:1 hesablı qələbəyə layiq olduqlarını bildirib. R.Məmmədovun yetirmələri bu qələbə ilə 3 oyunluq məğlubiyyət seriyasına son qoyub: “Futbolçularımız verilən taktikanı düzgün yerinə yetirməklə layiq olduqları qələbəni əldə etdi. İkinci hissədə qol buraxmağımız isə öz günahımız idi. Hesabdan arxayınlaşmağın nəticəsində qapımızda qol gördük”.
0