Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib
03.04.2008 - 22:00
Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib
Müqaviləni Azərbaycan tərəfindən AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. Müqavilənin maddi dəyərini açıqlamayan baş katib bildirib ki, almaniyalı məşqçi ilə bu gündən etibarlı sayılan müqavilə 2009-cu il dekabrın 31-nə qədər qüvvədə olacaq. Müqaviləyə əlavə olunmuş xüsusi şərt isə B. Foqtsun hər ayın ən azı iki həftəsini Azərbaycanda keçirməsinin mütləqliyi ilə bağlıdır. Baş katib bu şərtin daxil edilməsinin səbəbini Azərbaycan milli komandasının əsasən daxili çempionatda oynayan futbolçulardan ibarət olması ilə izah edib. E. Məmmədov əlavə edib ki, B. Foqtsun ölkəyə ilk səfəri bu il aprelin 13-16-da baş tutacaq. Bu zaman o, ölkənin idman ictimaiyyətinə təqdim ediləcək.
0