Xaqani Məmmədov rekordunu yeniləyib
07.04.2008 - 11:17
Xaqani Məmmədov rekordunu yeniləyib
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov rekorda imza atıb. “APA-Sport” agentliyinin məlumatına görə, 32 yaşlı futbolçu ötən mövsüm imza atdığı şəxsi rekordunu yeniləyib. Azərbaycan Premyer Liqasının 20-ci turunda “Karvan”ın qapısına iki top vuran X.Məmmədov çempionatda qollarının sayını 14-ə çatdırıb. 1993-cü ildən başlayaraq, ölkə birinciliyinin daimi iştirakçısı ən yaxşı halda mövsümü 13 qolla bitirmişdi. Ötən mövsüm “Olimpik”in heyətində 13 qola imza atan X.Məmmədov 2000/01 mövsümündəki nəticəsini yeniləyib. 7 il əvvəl “Şəmkir”də 12 dəfə rəqib qapıçıları məyus edən hücumçu ardıcıl ikinci il öz göstəricisini yaxşılaşdırır. Qeyd edək ki, X.Məmmədov Premyer Liqa tarixində 87 qol vurub.
0
DİGƏR XƏBƏRLƏR
Loading...