“Gənclərbirliyi” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 13-cü məğlubiyyətini alıb
13.04.2008 - 10:49
“Gənclərbirliyi” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 13-cü məğlubiyyətini alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sumqayıtın “Gənclərbirliyi” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 13-cü məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, çempionatın autsayderi 21-ci turda turnir cədvəlində qonşusu olan ABN klubu ilə görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb. Turun ilk günündə keçirilən digər iki matçda heç-heçə qeydə alınıb. Tovuzda baş tutan “Turan” – “Masallı” oyununda qapılara qol vurulmayıb. Qərblilər ardıcıl üçüncü dəfə qapısının toxunulmazlığını saxlamaqla sonuncu yerlə xal fərqini 7-yə çatdırıb. “Karvan” – “Standard” oyununda isə rəqiblər hərəyə bir qol vurub. Birinci dövrədə paytaxt təmsilçisində sabiq komandasını yenə bilməyən Yunis Hüseynov “Karvan”a qayıtdıqdan sonra da əvvəlki klubunu üstələyə bilməyib. Moldovanın gənclərdən ibarət milli komandasının oyunçusu Dan Pisla ardıcıl ikinci oyun qol vurmaqla uzun müddət düşə bilmədiyi əsas heyətə layiq olduğunu göstərib. 21-ci turun ilk günündə cəmi 4 qol vurulub ki, bu da təsadüfi deyıl. İlk 3 qarşılaşmada turnir cədvəlinin son 6 pilləsində qərarlaşan komandalar münasibətlərini ayırd edib.

12 aprel
“Turan” – “Masallı” 0:0
ABN – “Gənclərbirliyi” 2:0
Aqşin Salahov, 16. Eldəniz Orucov, 75.
“Karvan” – “Standard” 1:1
Süleyman Kamara, 31 – Dan Pisla, 72.

Turun digər oyunları bu gün keçiriləcək: “Olimpik” – “Neftçi”, “Qarabağ” – “Qəbələ”, “Xəzər-Lənkəran” – “İnter”,
“Simurq” – “Bakı”.

Turnir cədvəli

 

Klub

o

q

h

m

t

X

1

Olimpik

19

15

4

0

25-3

49

2

Neftçi

19

14

3

2

37-16

45

3

İnter

19

12

4

3

37-13

40

4

Xəzər-Lənkəran

19

10

7

2

34-14

37

5

Simurq

19

9

3

7

28-21

30

6

Qəbələ

19

9

1

9

24-23

28

7

Bakı

19

7

6

6

26-19

27

8

Qarabağ

19

7

6

6

18-14

27

9

Masallı

20

6

4

10

21-34

22

10

Standard

20

5

7

8

24-21

22

11

Karvan

20

6

3

11

17-22

21

12

Turan

20

3

4

13

13-35

13

13

ABN

20

2

6

12

11-34

12

14

Gənclərbirliyi

20

2

0

18

12-58

6



Bombardirlər: Branimir Subaşiç (“Neftçi”), Xaqani Məmmədov (“İnter”) - 14, Junivan Suares (Olimpik) - 11.
0