“İnter” Valentin Xodukinin rəhbərliyi altında 10-cu dəfə uduzub
14.04.2008 - 12:56
“İnter” Valentin Xodukinin rəhbərliyi altında 10-cu dəfə uduzub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubu baş məşqçisi Valentin Xodukinin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 10-cu dəfə məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, 21-ci turun “Xəzər-Lənkəran” – “İnter” oyunu qonaqların baş məşqçisi üçün yubileylə yadda qalıb. Bakılıları 48 çempionat oyununa çıxaran ukraynalı mütəxəssis 2006/07 mövsümündə 1, ötən çempionat 5 dəfə məğlubiyyətlə barışmışdı. V.Xodukinin komandası “Bakı”ya 3, “Olimpik” və “Neftçi”yə 2, “Qəbələ”, “MKT-Araz”, “Xəzər-Lənkəran”a isə 1 dəfə məğlub olub. Qeyd edək ki, 69 yaşlı mütəxəssisin rəhbərliyi altında “İnter” 27 qələbə qazanıb və 11 dəfə heç-heçə edib.
0