Xaqani Məmmədov AFFA-nın Hakimlər Komitəsinin sədri təyin edilib
14.04.2008 - 15:00
Xaqani Məmmədov AFFA-nın Hakimlər Komitəsinin sədri təyin edilib
AFFA-nın inzibati binasında keçiriləcək təqdimetmə mərasimində qurumun keçmiş sədri Murad Məmmədovun da iştirakı nəzərdə tutulub. M.Məmmədovu istefaya göndərən AFFA rəhbərliyi onu X.Məmmədovla əvəzləməyi məqsədəuyğun sayıb. Bununla X.Məmmədov 7 illik fasilədən sonra HK-nın sədr postuna qayıdıb. 1998-2001-ci illərdə quruma rəhbərlik edən X.Məmmədov eyni zamanda hakimlik də edib.
Qeyd edək ki, X.Məmmədov AFFA-nın keçmiş rəhbərliyi tərəfindən 2005-ci ildə “Turan” – “İnter” (0:1) oyunundan sonra hakimlikdən kənarlaşdırılıb.
0