Azərbaycan milli komandasının heyəti açıqlanıb
14.04.2008 - 15:19
Azərbaycan milli komandasının heyəti açıqlanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippert toplanışa 18 futbolçu çağırıb. Bunlar Qara Qarayev, Ruslan Tağızadə, Eltun Yaqublu, Məhəmməd Qurbanov, Murad Qurbanov, Tərlan Quliyev, Vadim Stupka, Rəhman Hacıyev, Elgiz Kərəmli, Elşad Manafov, Murad İskəndərli, Elnur Abdulov, Elvin Zeynalov, Vüsal Səfərov, Cavid Həsənov, Aqşin Muxtaroğlu, Elnur Soltanlı, Tanrıverdi Məhərrəmlidir. Aprelin 15-dən 22-dək Almaniyada keçiriləcək hazırlıq prosesi mütəxəssisin komanda ilə ölkə xaricində ilk toplanışıdır. Qeyd edək ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi 19 yaşlılardan ibarət milli komanda Almaniyanın Frankfurt şəhərində keçirdiyi toplanışı aprelin 22-də başa vuracaq.
0