Yaşar Sultanov: “İcraiyyə Komitəsində fəaliyyətimi davam etdirmək fikrim yox idi”
14.04.2008 - 16:55
Yaşar Sultanov: “İcraiyyə Komitəsində fəaliyyətimi davam etdirmək fikrim yox idi”
Onun sözlərinə görə, Qərb Regional Futbol Federasiyası (QRFF) onun namizədliyini irəli sürmək istəyib: “Bununla bağlı mənə bir neçə dəfə müraciət olunsa da, qəbul etmədim. Çünki həm işimin çoxluğunu, həm də tez-tez Bakıdan kənarda olmağımı nəzərə aldım. Təvazökarlıqdan uzaq olsa da, İcraiyyə Komitəsində 4 illik fəaliyyətimi şərəflə başa vurduğumu deyə bilərəm. Necə deyərlər, meydan genişdir və bundan sonra başqaları qurumda təmsil olmaq imkanı qazanır”.
Qeyd edək ki, Qərb Regional Futbol Federasiyasından İcraiyyə Komitəsinə heç kimin namizədliyi irəli sürülməyib.
0