Əli Hüseynov: “Muradın işi qənaətbəxş olsaydı, heç olmasa, Hakimlər Komitəsinə 2 il rəhbərlik edərdi”
15.04.2008 - 12:06
Əli Hüseynov: “Muradın işi qənaətbəxş olsaydı, heç olmasa, Hakimlər Komitəsinə 2 il rəhbərlik edərdi”
Ötən ilin iyulun 15-də vəzifəsindən kənarlaşdırılan Ə.Hüseynov M.Məmmədovun fəaliyyətinə qiymət verməkdə çətinlik çəkib: “Onun görmək istədiyi işi başa düşə bilmədim. Bilirsiniz, məcburi təyinat düzgün deyil. Hərə öz işi ilə məşğul olmalıdır”. HK-nın yeni sədri Xaqani Məmmədov Ə.Hüseynovun quruma rəhbərlik etdiyi dövrdə - 2005-ci ildə “Turan” – “İnter” (0:1) oyunundan sonra hakimlikdən kənarlaşdırılıb. Sabiq sədrin sözlərinə görə, belə sərt addım atmaları əsassız olmayıb: “Xaqanini yazdığı izahat əsasında hakimlikdən uzaqlaşdırdıq. Həmin izahatın əsli indi də məndədir. Günahını boynuna alırdı. O, “İnter” klubu ilə əlbir olmuşdu. Xaqani etdiyi səhv hərəkətə görə özünü bağışlaya bilməyəcəyini yazmışdı. Belə olan halda, biz onu necə bağışlaya bilərdik? Yeni sədr kimi planlarından xəbərdar deyiləm. Hər halda, AFFA-da rəhbər dəyişikliyindən sonra Hakimlər Komitəsinin sədri postunda 5-6 dəfə dəyişiklik olub. Bu, artıq bizim üçün normal prosesdir və gələcəkdə də bunun davamının olacağı istisna deyil. Özümə gəlincə, AFFA-ya qayıtmayacağımı demişəm və sözümün üstündə dururam”.
0