“Neftçi” klubunun inzibatçısı Zöhrab Qədiyev də hakimliyə qayıdır
15.04.2008 - 16:34
“Neftçi” klubunun inzibatçısı Zöhrab Qədiyev də hakimliyə qayıdır
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA üç il öncə cəzalandırdığı Zöhrab Qədiyevi hakimliyə qaytarır. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu məsələ müsbət yoluna qoyulub: “Zöhrab Qədiyev yenidən hakimlik edəcək. Bu məsələ yaxın günlərdə rəsmi şəkildə həll olunacaq”.
Qeyd edək ki, 2005-ci ilin avqustun 13-də keçirilən “Neftçi” – “Şahdağ” (3:1) oyunundan sonra ömürlük cəzaya məruz qalan Z.Qədiyev 2006-cı ilin iyunundan indiyədək “Neftçi” klubunda inzibatçı vəzifəsində çalışır.
0