Aslan Kərimov: “Milli komandada yaşlı futbolçuların olması vacibdir”
16.04.2008 - 13:10
Aslan Kərimov: “Milli komandada yaşlı futbolçuların olması vacibdir”
Müdafiəçi bildirib ki, milli komandamızın iyunun 2-də səfərdə Andorra ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyətin açıqlanmasını gözləyir. Almaniyalı baş məşqçi Berti Foqts bu matça dəvət edəcək 30 futbolçu ilə mayın 30-da vətəninə yollanıb, orada test normativləri götürəcək: “Fiziki hazırlığımı normal sayıram. Sadəcə, yaş öz sözünü deyir. Zədə aldıqdan sonra əzələnin sağalması gec olur ki, bu da yaşla bağlıdır. 35 yaşda həm yığmada, həm də klubda çıxış etmək çətindir. İstər-istəməz daim formada olmursan. Foqts məni qarşıdakı toplanışa çağırarsa, yəqin ki, yığmadakı çıxışla bağlı söhbət olacaq”. Millidə gəncləşmə siyasətinə müsbət yanaşan A.Kərimov yığmada təcrübəli futbolçunun olmasını vacib sayıb: “Baş məşqçinin işinə qarışmaq istəməzdim. Sadəcə, şəxsim fikrim belədir ki, yığmada bir neçə yaşlı oyunçunun olması vacibdir. Mən özümü yalnız təcrübə baxımdan belələrinin sırasına aid edə bilərəm. Azərbaycanda mənim səviyyədə futbolçular çoxdur”.





0