Samir Əliyev: “Olimpik” klubunun gücünü Avropada çıxışı göstərəcək”
16.04.2008 - 11:35
Samir Əliyev: “Olimpik” klubunun gücünü Avropada çıxışı göstərəcək”
Premyer Liqanın ikinci dövrəsində meydana çıxmayan 29 yaşlı futbolçunun sözlərinə görə, baş məşqçi Anatoli Demyanenko onu hələ Ukraynada çıxış etdiyi dövrdən tanıyır: “Yəqin ki, mövsümün son oyunlarında meydana çıxaram. Klubla müqaviləmin müddəti yayda başa çatacaq. 90 faiz “Neftçi”də qalacağam”. S.Əliyev bildirib ki, çempionluq uğrunda mübarizədə komandasının şansı hələlik bitməyib: “İndidən kimin çempion olacağını demək çətindir. Mövsümün başa çatmasına 6 tur var”. “Olimpik”in liderliyinə şübhə ilə yanaşmadığını vurğulayan S.Əliyev deyib ki, bu komanda cari çempionatda öz qapısından cəmi üç qol buraxmaqla, müdafiə xəttinin güclü olduğunu sübut edib: “Onlar meydana çıxanda ilk növbədə qol buraxmamaq haqda düşünürlər. Düzdür, azarkeşlər gözəl oyun gözləyir və onların da istəyini nəzərə almaq lazımdır. “Olimpik”in qapısına yol tapmaq problemdirsə, yəqin ki, hücumçuların ustalıq səviyyəsində çatışmazlıq var. Hər halda, liderin gücünü Avropada çıxışı göstərəcək”.
0