Azərbaycan yığmasının üç futbolçusu Almaniyada çıxış edə bilər
16.04.2008 - 15:42
Azərbaycan yığmasının üç futbolçusu Almaniyada çıxış edə bilər
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) üç futbolçusu karyerasını Almaniyada davam etdirə bilər. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, almaniyalılar Eşqin Quliyev, Araz Abdullayev və Şəhriyar Xəlilova maraq göstərirlər: “Bu futbolçuları Almaniyada hazırlıq keçdiyimiz zamanı bəyəniblər. Almaniyalılar Eşqin, Araz və Şəhriyarla yaxından maraqlanırlar. 21 və 19 yaşlılardan ibarət yığmamızın almaniyalı çalışdırıcısı Bernard Lippert vətənində qalıb bu futbolçularla bağlı danışıq aparacaq”.
Qeyd edək ki, almaniyalıların maraq dairəsinə düşənlərdən A.Abdullayevlə Ş.Xəlilov yarımmüdafiəçi, E.Quliyev hücumçudur. Ş.Xəlilov “Qarabağ”, qalan iki oyunçu isə müqavilə ilə “Neftçi”yə məxsusdur.
0