Azərbaycan milli komandası Almaniyanın “Vehen” klubu ilə heç-heçə edib
16.04.2008 - 15:47
Azərbaycan milli komandası Almaniyanın “Vehen” klubu ilə heç-heçə edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası Almaniyada keçirilən təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, yığma komanda ikinci Bundesliqada 8-ci pillədə qərarlaşan “Vehen” klubunun 17 yaşlılardan ibarət komandası ilə qarşılaşıb. Almaniyalı mütəxəssis Bernard Lippertin yetirmələri Halberq şəhərində keçirilən görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Almaniya klubunun rəsmi internet saytının yazdığına görə, bu qarşılaşma meydan sahibləri üçün vacib əhəmiyyət kəsb edib. Belə ki, 17 yaşlılar arasında keçirilən çempionatda ardıcıl 6 qələbə qazanan meydan sahibləri yoxlama oyununda da seriyanı davam etdirmək iddiasında olub. Qeyd edək ki, bu görüş B.Lippertin rəhbərliyi altında U-17-nin ilk beynəlxalq oyunu idi.
0