Azərbaycan milli komandası “Yuxarı Avstriya kuboku” turnirinə dəvət edilib
16.04.2008 - 16:21
Azərbaycan milli komandası “Yuxarı Avstriya kuboku” turnirinə dəvət edilib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandası Avstriyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 15 yaşlı futbolçulardan ibarət komanda həmyaşıdları arasında keçiriləcək “Yuxarı Avstriya kuboku” turnirinə dəvət edilib. Milli komandanın iyulun 7-dən 12-dək davam edəcək yarışa hazırlıq planı tərtib olunub. Belə ki, Avstriyanın Vels şəhərinə yollanacaq heyətə düşməyə namizədlərin toplanışı keçirilməyəcək. Futbolçular hazırlığı həftədə 4 dəfə “Şəfa” stadionunun ehtiyat meydanında məşq etməklə davam etdirəcək.
0