Ağasəlim Mircavadov: “Heç bir komandaya güzəştə getməyəcəyik”
16.04.2008 - 17:10
Ağasəlim Mircavadov: “Heç bir komandaya güzəştə getməyəcəyik”
Onun sözlərinə görə, qitə miqyaslı turnirlərə qatılmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər: “Düzdür, avrokuboklara çıxmaq üçün kubokda şansımız daha yaxşıdır. Ancaq çempionatda mübarizə aparmayıb, yalnız kubokun finalı haqda düşünsək, problemlə üzləşə bilərik. Çünki kuboku qazanmasaq, çempionatın yekununa əsasən qitə miqyaslı yarışa vəsiqəni itirərik. Mükafatlara iddialı klubların öz aralarında oyunları qalıb. Həmin görüşlərdə çox şey dəyişə bilər. Bu səbəbdən də heç bir komandaya güzəştə getməyəcəyik. Məşqçilik karyeramda həmişə bu prinsipə əməl etmişəm”. Meydan amilinə də toxunan A.Mircavadovun sözlərinə görə, yenidən Lənkəran şəhər stadionunda oynamaları gələcəyə nikbin baxmağa əsas verir: “Məşqçilər arasında meydan amilindən şikayətlənməyə mənim daha çox haqqım çatır. Çünki ikinci dövrədə 9 xalı buna görə itirmişik. İlk dövrədə “Standard” və “Neftçi” ilə görüşləri də nəzərə alsaq, Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda görün nə qədər xal əldən vermişik. Bu itkilər olmasaydı, indi hətta lider ola bilərdik”.
0