Berti Foqts: “Azərbaycandakı inkişafı postsovet məkanı ölkələrinin heç birində görməmişəm”
16.04.2008 - 17:25
Berti Foqts: “Azərbaycandakı inkişafı postsovet məkanı ölkələrinin heç birində görməmişəm”
Klubların maddi-texniki bazası ilə tanış olan 62 yaşlı mütəxəssis şəraiti qənaətbəxş hesab edir: “İzlədiyim məşqlər normal keçdi. Ünsiyyətdə olduğum məşqçilərin hər birində səmimiyyət gördüm. Onlar mənə bütün məsələlərdə kömək etməyə hazır olduqlarını bildirdilər. Qeyd etmək istərdim ki, Premyer Liqadakı 14 klubdan 7-nin baş məşqçisinin əcnəbi olması yaxşı göstəricidir”. Yaxınlarda vətəninə qayıdacaq B.Foqts köməkçiləri ilə bağlı məsələni həmin vaxt konkret həll edəcək. Almaniyalı rəhbərlik edəcəyi məşqçilər korpusunda azərbaycanlı həmkarlarına da yer verəcək: “Almaniyadan 2 məşqçi dəvət edəcəyəm ki, onlardan biri qapıçılarla çalışacaq. Bundan əlavə, həkim və fizioterapevt də dəvət etmək fikrindəyəm. Uzunmüddətli təlim-məşq toplanışları zamanı komandaya fiziki hazırlıq üzrə məşqçi də cəlb ediləcək. Yerlilər köməkçi-məşqçi, qapıçılarla işləyən məşqçi və fizioterapevtdən ibarət olacaq. Bu vəzifələrə namizədlərlə bağlı hələ ki yekun qərarımı verməmişəm”.
Bakının inkişafı üçün böyük sərmayənin qoyulduğunu qeyd edən B.Foqts bəyəndiyi məqama da toxunub: “Xoşuma gələn cəhət odur ki, burada insanlar pullarını xaricə göndərmir və doğma ölkələrinin tərəqqisi üçün sərf edirlər. Yeri gəlmişkən, postsovet məkanındakı ölkələrin heç birində mən belə inkişaf görməmişəm”.
0