Daniel Axtyamov ilk dəfə “Torpedo”nun əsas heyətində meydana çıxıb
16.04.2008 - 17:56
Daniel Axtyamov ilk dəfə “Torpedo”nun əsas heyətində meydana çıxıb
Novokuznetsk. Mehman Süleymanov – APA-Sport. Azərbaycan yığmasının hücumçusu Daniel Axtyamovun çıxış etdiyi Rusiyanın “Torpedo” klubu cari mövsümdə üçüncü məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının birinci divizionunda mübarizə aparan Moskva təmsilçisi bu gün 5-ci tur çərçivəsində Novokuznetskdə yerli “Metallurq-Kuzbass” klubuna uduzub - 0:2. Bakının “İnter” klubunun 23 yaşlı sabiq futbolçusu ilk dəfə “Torpedo”nun əsas heyətində rəsmi matçda meydana çıxıb. Fasilədə əvəzlənən D.Axtyamov 29-cu dəqiqədə Vladimir Voskoboynikovu zərbə mövqeyinə çıxarsa da, hücumdakı oyundaşı real qol imkanını boşa verib. 5 oyundan sonra hesabında 4 xal olan “Torpedo” turnir cədvəlində 22 komanda arasında 17-ci yerdə gedir.
0