Saşa Yunisoğlunun komandası Polşa Liqa kubokunun finalına yüksəlib
17.04.2008 - 09:51
Saşa Yunisoğlunun komandası Polşa Liqa kubokunun finalına yüksəlib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa Liqa kubokunun finalına vəsiqə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Yatsek Jelinskinin yetirmələri səfərdə keçirilən təkrar yarımfinal matçında “Qurnik”lə heç-heçə edib – 1:1. 23 yaşlı müdafiəçinin 90 dəqiqə meydanda olduğu qarşılaşmada hər iki qol ilk 15 dəqiqədə vurulub. 6-cı dəqiqədə S.Yunisoğlunun komandası, 9 dəqiqə sonra isə meydan sahibləri fərqlənib. İlk görüşdə rəqibini böyük hesabla (3:0) üstələyən “Qrotslin” mayın 17-də keçiriləcək final matçına vəsiqə qazanıb. Həlledici oyunda rəqib “Legiya” klubu olacaq.


0