Berti Foqts xorvatiyalı futbolçunu milliləşdirmək istəyib
17.04.2008 - 09:59
Berti Foqts xorvatiyalı futbolçunu milliləşdirmək istəyib
B.Foqts Almaniya yığmasına rəhbərlik etdiyi vaxt xorvatiyalı Niko Kovaçı milliləşdirmək istəyib. Bunu karyerasının böyük hissəsini Almaniyada keçirən, “Bavarıya”, “Bayer”, “Herta”, həmçinin İtaliyanın “Yuventus” klubunun sabiq yarımmüdafiəçi Niko Kovaç açıqlayıb: “Almaniya milli komandasında oynamaq təklifi mənə yalnız bir dəfə olunub. Həmin vaxt yığmanı Berti Foqts çalışdırırdı. Lakin bu təklif mənim üçün heç müzakirə mövzusu da ola bilməzdi. Çünki Yuqoslaviya parçalanandan sonra yalnız Xorvatiya haqda düşünmüşəm”.


0