Elmar Xeyirovun komandası Belarus çempionunu məğlub edib
17.04.2008 - 10:30
Elmar Xeyirovun komandası Belarus çempionunu məğlub edib
Borisov. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın gənclərdən ibarət milli komandasının oyunçusu Elmar Xeyirovun çıxış etdiyi “MTZ-RİPO” klubu Belarus kubokunun yarımfinalında qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Minsk təmsilçisi ölkə çempionu BATE-ni (Borisov) səfərdə 4:2 hesabı ilə məğlub edib. 21 yaşlı yarımmüdafiəçinin adı yarımfinal mərhələsinin ilk oyununun protokoluna daxil edilsə də, baş məşqçi Yuri Puntus E.Xeyirovu meydana buraxmayıb. “MTZ-RİPO”nun BATE ilə cavab oyunu aprelin 30-da keçiriləcək.
Qeyd edək ki, E.Xeyirovun komandası Avropa kuboklarına son vəsiqəni əldə etmək üçün ölkə kubokuna sahib olmalıdır.
0