“Bakı” – “Karvan” görüşünün vaxtı dəyişdirilib
17.04.2008 - 10:47
“Bakı” – “Karvan” görüşünün vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının XXII turunda aprelin 20-də keçiriləcək “Bakı” – “Karvan” oyununun başlanma vaxtı dəyişdirilib. AFFA-nın Yarışların Təşkili və Keçirilmə Departamentinin rəisi Məlik Həsənovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, matç nəzərdə tutulduğundan iki saat gec başlayacaq. Saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Az.TV canlı yayımlayacaq. AFFA həm bunu, həm də arenada süni işıqlandırma sisteminin olmasını nəzərə alaraq, oyunun gec başlanmasına icazə verib.
Turun digər matçları 16:00-da başlayacaq. Aprelin 19-da “Masallı” – “Olimpik”, “Simurq” – “Neftçi”, “Qəbələ” – ABN, “Gənclərbirliyi” – “Turan”, “İnter” – “Qarabağ”, bir gün sonra “Standard” – “Xəzər-Lənkəran” görüşü keçiriləcək. AFFA “İnter”lə “Standard”ın ev oyunlarını “Şəfa” stadionunda keçirməsini nəzərə alaraq, bu komandaların görüşlərini fərqli günlərə salıb.
0