UEFA Azərbaycanın İntertoto kubokunda iki klubla təmsil olunmasına icazə verməyib
17.04.2008 - 11:42
UEFA Azərbaycanın İntertoto kubokunda iki klubla təmsil olunmasına icazə verməyib
“Biz İntertotoda iki komanda ilə təmsil olunmaq istəyirdik. Ancaq UEFA müraciətimizə müsbət cavab vermədi və bunu vakant yerin olmamağı ilə əsaslandırdı”. M.Həsənov, həmçinin bildirib ki, turnirdə Azərbaycanı təmsil edən komandanın lisenziya alması vacibdir: “Klubların nəinki İntertotoda, ümumiyyətlə, UEFA bayrağı altında keçirilən bütün turnirlərə vəsiqə qazanmaqla işini bitmiş saymaq olmaz. Çünki lisenziyalaşdırma prosesindən keçməyənlər iştirak hüququndan məhrum olacaq. Bu proses bir aydan sonra başa çatacaq. Azərbaycanda futbol mövsümü mayın 28-də keçirilən ölkə kubokunun final oyunu ilə başa çatır və İntertotoya yeganə vəsiqənin sahibi də həmin vaxt bəlli olacaq”.
UEFA üç mərhələdən ibarət İntertoto kubokunda iştirakçı komandanın hər mərhələdə 50 min avro qazanmasına imkan yaradır. Qitə futbol qurumunun üzvü olan milli assosiasiyalar iyunun 2-dək turnirdə konkret iştirakçısının adını göstərməlidir. İntertoto kubokunun püşkatması aprelin 21-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
0