“Bakı” 26 aydır “Karvan”la oyunlarda xal itirmir
18.04.2008 - 14:57
“Bakı” 26 aydır “Karvan”la oyunlarda xal itirmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu səfərdə “Bakı”nın qapısına qol vura bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının XXII turunda Bakıda qarşılaşacaq rəqiblər indiyədək çempionatda 7 dəfə üz-üzə gəliblər. Bu oyunlarda “Bakı” 4, “Karvan” isə cəmi 1 qələbə qazanıb. Paytaxtda keçirilən görüşlərdə yalnız meydan sahibləri qol vurublar. Öz meydanındakı 3 oyundan ikisində yevlaxlıları məğlub edən “Bakı” ümumilikdə son 3 matçda “Karvan”a qalib gəlib. 2006-cı il fevralın 12-də Yevlaxda keçirilən qarşılaşmada qalib gələn Yunis Hüseynovun komandası 26 aydır rəqibindən xal ala bilmir.

“Bakı”“Karvan” arasındakı bütün oyunlar:

mövsüm

Bakıda

Yevlaxda

2004/05

0:0

0:0

2005/06

1:0

0:1

2006/07

2:0

2:1

2007/08

1:0

0