Nizami Ocaqverdiyev: “Sumqayıta qələbə dalınca gəlmişik”
18.04.2008 - 15:18
Nizami Ocaqverdiyev: “Sumqayıta qələbə dalınca gəlmişik”
Sumqayıt. Vüqar Xeyrullayev - APA-Sport. “Bu oyunun əhəmiyyətini izah etmək yersizdir. Qarşılaşmada hər iki komanda üçün qələbə çox vacibdir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Tovuzun “Turan” klubunun məşqçisi Nizami Ocaqverdiyev deyib. Azərbaycan Premyer Liqasının XXII turunda çempionatın autsayderi “Gənclərbirliyi” ilə qarşılaşacaq qərblilər bu görüşdə 3 xal qazanmaqla təhlükəli zonadan uzaqlaşmaq niyyətindədirlər: “Sumqayıta qələbə dalınca gəlmişik. Üç xalımızı da əldə edəcəyik. Ümumilikdə götürəndə heç-heçə də pis nəticə deyil. Lakin qələbə daha yaxşıdır. Rəqibin ikinci dövrədə qol vurmadığını, 13 matçdır uduzduğunu bilirik. Biz isə son turlar uğurla çıxış edirik. Bu komandada özünəinam yaradıb”.
0