“Qarabağ”ın 4 futbolçusu “İnter”lə oyunu buraxacaq
18.04.2008 - 17:48
Bakı. Mehman Süleymanov - APA-Sport. Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “İnter”lə sabahkı oyunda 4 futbolçunun xidmətindən məhrum olub. “APA-Sport” agentliyinin məlumatına görə, müdafiəçi Hüseyn İsgəndərov, gürcüstanlı yarımmüdafiəçi Qoqa Beraya və hücumçular Murad Ağakişiyevlə nigeriyalı Viktor İbekoyi “Şəfa” stadionunda keçiriləcək matçda meydana çıxmayacaqlar. V.İbekoyi cəzalı olduğundan kənarda qaldığı halda, qalan 3 futbolçu zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0